09 oktyabr 2017, 14:00

Həsən Abdullayev və başqalarından, Oğuz, Azərbaycan

Möhtərəm cənab Prezident,

Dünyada hökm sürən qlobal maliyyə böhranına baxmayaraq, Siz ölkəmizin inkişafı və tərəqqisi naminə əlinizdən gələni edir, iri infrastruktur layihələrinin reallaşdırılması, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün daim yorulmadan çalışırsınız. Sizin tapşırığınız əsasında respublikada elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlər hamımızı sevindirir.

Bu gün biz – Qumlaq kənd sakinləri bayram əhval-ruhiyyəsi ilə yaşayırıq. Siz bizlərə böyük sevinc və fərəh bəxş etmisiniz. Oğuz rayonunda, eləcə də bizim yaşadığımız Qumlaq kəndində ötən əsrin 60-cı illərindən istifadəyə verilmiş, hazırda isə yararsız vəziyyətdə olan elektrik xətləri tamamilə dəyişdirilərək SİP-kabellə əvəzlənib, yeni transformatorlar quraşdırılıb və nəticədə elektrik enerjisi təchizatında əvvəllər müşahidə olunan fasilələr aradan qalxıb.

Möhtərəm cənab Prezident, bütün bunlara görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

 

Abdullayev Həsən Vəli oğlu, şəhid atası

Hacıyev Hidayət Əziz oğlu, şəhid atası

Xəlilov Eyyub Rizvan oğlu

Nəbiyev Ağasəf Nəbi oğlu və başqaları.

Azərbaycan Respublikası, Oğuz  rayonu, Qumlaq kəndi.