13 oktyabr 2017, 19:15

Əli Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mənə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 2017-ci il 12 oktyabr tarixli Sərəncamınızı oxuyanda qəlbim dağa döndü.

Mənim kimi sadə dəmiryolçuya göstərdiyiniz böyük qayğı və diqqətiniz qəlbimi riqqətə gətirdi. Bu, mənim timsalımda uzun illər bu sahədə çalışan bütün dəmiryolçulara verilən qiymətdir.

Ulu Öndərimizin uzaqgörən siyasəti sayəsində təkmilləşən dəmiryolu sənayesi Sizin uğurlu fəaliyyətiniz nəticəsində daha da inkişaf edib. Bu gün Azərbaycanın dəmiryolu şəbəkəsi artıq dünya dəmiryolu sisteminə qoşulub. Hazırda qarşımızda əsas vəzifə kimi Şərq-Qərb nəqliyyat dəhlizinin layiqincə istismara verilməsi dayanır.

Çox hörmətli Prezidentimiz, Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, əməyimə verilən bu qiymət məni daha əzmlə işləməyə, dövlətə və dövlətçiliyə var gücümlə xidmət etməyə ruhlandıracaq. 

Hörmətlə,

Məmmədov Əli Ruf oğlu.  

Azərbaycan Respublikası, Bakı şəhəri.