13 oktyabr 2017, 19:00

Xanalı Məmmədov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Əli Ruf oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncamınız ailəmizin bütün üzvlərini ürəkdən sevindirdi. Biz dəmiryolçu ailəsinin üçüncü nəslinin nümayəndələriyik. Əmimi layiq gördüyünüz mükafatı hamımıza verdiyiniz dəyər hesab edirik. Hər birimiz işlədiyimiz qurumda dövlətə və dövlətçiliyə sədaqətli xidmətimizlə fəxr edirik.

Əziz Prezidentimiz, xoşbəxtik ki, Sizin sadə vətəndaşlara yaratdığınız imkanlardan bəhrələnərək biz də dövlətimizin tərəqqisində və inkişafında iştirak edirik. Ölkəmizdə yaradılmış əmin-amanlığa və əhalinin yüksək sosial rifahına görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Məmmədov Xanalı İsmayıl oğlu

Məmmədov Həsən Vilayət oğlu

Məmmədov İlqar Oruc oğlu

Məmmədov Azər Mikayıl oğlu

Hüseynov Duman İsmayıl oğlu

Məmmədov Cəlal Şamxal oğlu.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.