14 oktyabr 2017, 15:00

Hafiz Kərimovdan, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident,

İsmayıllı rayonunun Lahıc qəsəbəsinin qazlaşdırılması, avtomobil yolunun və qəsəbəmizdə yeni məktəbin tikintisi haqqında tarixi sərəncamlarınız hər bir İsmayıllı sakininin, xüsusən təhsil işçilərinin ürəyincə oldu. Yüz otuz illik tarixə malik Lahıc məktəbinin yenidən tikilməsi, orada çalışan işçilərin əmək şəraitinin yaxşılaşdırılması, şagirdlərin keyfiyyətli təhsil alması üçün imkanların yaradılması hamımızı sevindirir.

Hörmətli cənab Prezident, ölkə vətəndaşlarına göstərdiyiniz bu qayğıya görə İsmayıllı təhsil işçiləri adından Sizə minnətdarlığımızı bildirir, Ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı və müstəqilliyimizin möhkəmlənməsi uğrunda yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Kərimov Hafiz Məstan oğlu.       

Azərbaycan Respublikası, İsmayıllı rayonu.