16 oktyabr 2017, 13:30

Məhəmməd Bayramovdan, Qobustan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rayonumuza hər gəlişiniz biz qobustanlılarda bayram  əhval-ruhiyyəsi yaradır. Sizin rayonumuza göstərdiyiniz qayğınızı biz daim hiss edirik. Yaşadığımız Cəmcəmli kəndində yüksək səviyyədə yeni yol çəkilib, kənd əhalisinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Möhtərəm Prezident, bizə göstərdiyiniz qayğıya görə rayonumuzun çoxsaylı ziyalıları adından Sizə təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman hamar, həyatınız firavan olsun.

Hörmətlə,

Bayramov Məhəmməd.

Azərbaycan Respublikası, Qobustan rayonu, Cəmcəmli kəndi.