Gerb

16 oktyabr 2017, 14:00

Hörmətli cənab Prezident,

“Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” 2017-ci il 12 oktyabr tarixli Sərəncamınızda adımın olması mənim üçün gözlənilməz, həm də çox sevindirici oldu. Əmək fəaliyyətində fərqlənən bir çox dəmiryolçularla yanaşı, məni də bu mükafata layiq gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm.

Sizin tərəfinizdən ölkənin bütün istehsal və qeyri-istehsal sahələrinə, o cümlədən dəmiryol nəqliyyatına xüsusi diqqət ayrıldığını, bu sahədə ciddi və böyük inkişafın getdiyini gördükcə hər bir dəmiryolçuda daha da əzmlə çalışmaq, bu inkişafa töhfə vermək məsuliyyəti yaranır. Mən də işlədiyim sahədə faydalı işçi olmağı əsas amalım hesab edirəm.

Cənab Prezident, ölkə cəmiyyətinin bir hissəsi olan dəmiryolçular ordusu Sizin ölkəyə rəhbərliyinizdən, apardığınız uğurlu daxili və xarici siyasətinizdən məmnundurlar və daim Sizi dəstəkləyirlər.

 Hörmətlə,

Əliyev Rövşən Seyfəli oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi.