16 oktyabr 2017, 14:30

Zülfi Məcidovdan, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Regionların sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqət və qayğı nəticəsində yaşadığımız Cəlilabad rayonunun Şatırlı kəndində bir çox problem öz həllini tapıb,  insanların güzəranı yaxşılaşıb. Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında ötən ay imzaladığınız Sərəncam da kənd sakinləri tərəfindən sevinclə qarşılandı. Bu yolun açılması rayonumuzun, eləcə də kəndimizin sosial-iqtisadi inkişafına yeni təkan verəcək, insanların rahat həyatına mühüm töhfə olacaq.

Əziz Prezidentimiz, bu yolun tikintisini Sizin qayğınızın növbəti bariz nümunəsi kimi qiymətləndirir, buna görə ziyalılar adından Sizə təşəkkürümüzü bildirir, möhkəm cansağlığı, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.  

Hörmətlə, 

Məcidov Zülfi İbrahim oğlu.

Azərbaycan Respublikası, Cəlilabad  rayonu, Şatırlı kəndi.