19 oktyabr 2017, 12:30

Fəxrəddin Hüseynovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz - Binəqədi rayon M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri xeyli müddət idi ki, intensiv yağan yağışların nəticəsində subasma halları ilə rastlaşır və bunun yaratdığı fəsadlardan əziyyət çəkirdik. Sevinc hissi ilə qeyd edirik ki, yaranmış problemin həlli məqsədilə Sizin verdiyiniz  tapşırıq və tövsiyələrinzə uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən bu istiqamətdə əsaslı işlər aparılır və son vaxtlar bu tədbirlər daha da intensivləşib.

Möhtərəm cənab Prezident, bizə göstərdiyiniz qayğıya görə çoxsaylı sakinlər adından Sizə təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman hamar, həyatınız firavan olsun.

Hörmətlə,

Hüseynov Fəxrəddin.

Azərbaycan Respublikası, Bakı şəhəri.