23 oktyabr 2017, 17:45

Çingiz İsmayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezidentimiz,

Binəqədi qəsəbəsi II mədən korpus 93 ünvanında yaşayan sakinləri payız mövsümündə su-kanalizasiya sistemində olan problemlərə görə daim əziyyət çəkirdilər. Eyni zamanda, qəsəbədən kənarda təhsil alan övladlarımız məktəbə gedərkən çətinliklərlə üzləşirdilər. Çox sevinirik ki, hazırda bu problem Sizin sayənizdə aradan qaldırılmaqdadır. Hamımızın gələcəyi olan övladlarımızın elm və bilik əldə etmələrinə maneə yaradan problemlər həll olunur.

Həmişə xalqımızın xoşbəxt gələcəyi üçün çalışan, xalqın problemlərini özününkü bilən Prezidentimiz, daim Sizin arxanızdayıq və Sizə güvənirik.

Hörmətlə,

İsmayılov Çingiz İsa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi qəsəbəsi.