Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilmişdir

17 iyun 2010, 10:57
Ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iştirakı ilə ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” 2010-cu il 10 fevral tarixli Fərmanının icrası ilə bağlı məlumat vermişdir. O, cari ildən universitetlərdə maliyyələşmənin ünvanlı şəkildə hər bir tələbə üçün aparıldığını xüsusi vurğulayaraq, bu Fərmanla bağlı görülən işlərdən danışmışdır.

Müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır ki, Fərmanın xüsusi bəndi ilə Azərbaycan Respublikasının Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirlikləri xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmişlər. Həmin təkliflər əsasında Nazirlər Kabineti tərəfindən müvafiq qərar layihəsi hazırlanmışdır. Layihədə bakalavr və magistratura səviyyəsində ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə hazırlanacaq mütəxəssislərin təhsil xərclərinin məbləği müəyyən edilmişdir.

Bununla yanaşı, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi əsasında ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələrində kadr hazırlığının maliyyələşdirilməsi Qaydalarını müəyyən etmək məqsədi ilə Nazirlər Kabineti qərar layihəsi hazırlamışdır. Layihənin bir neçə əsas müddəası müşavirə iştirakçılarının diqqətinə çatdırılmışdır.

Təhsil naziri Misir Mərdanov çıxış edərək, müvafiq Fərmanın yerinə yetirilməsi istiqamətində nazirlik tərəfindən görülmüş işlər barəsində məlumat verərək demişdir ki, hazırda 29 dövlət ali məktəbində və 8 özəl universitetdə bu ildən etibarən yeni maliyyələşmə qaydası tətbiq olunacaqdır. Respublikanın 1 dövlət, 6 xüsusi təyinatlı və 8 özəl ali təhsil müəssisəsi dövlət sifarişinin yerinə yetirilməsində hələlik iştirak etmir. Ayrı-ayrı ixtisaslar və müxtəlif ali məktəblər üzrə ətraflı təhlil əsasında məlumat verən nazir belə bir mexanizmin təhsilin inkişafında olduqca müsbət nəticə verəcəyinə əmin olduğunu bildirmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə builki qəbul qaydalarına dair məlumat vermiş və sınaq imtahanlarının nəticələrinə əsaslanaraq bildirmişdir ki, yüksək səviyyəli müsabiqəni təmin etmək üçün kifayət qədər hazırlıqlı abituriyentin qəbulda iştirak edəcəyi gözlənilir. Onun fikrincə, ayrı-ayrı qruplar üzrə verilən ərizələrin təhlili göstərir ki, imtahanlarda bu ilin məzunları ilə yanaşı, keçən ilin də xeyli sayda məzunu iştirak edəcəkdir. Komissiyanın sədri məlumat vermişdir ki, yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qəbul qaydalarında müvafiq dəyişikliklər aparılmış və qəbulu həyata keçirmək üçün zəruri proqram təminatı hərtərəfli işlənib hazırlanmışdır.

Maliyyə naziri Samir Şərifov adıçəkilən Fərmanı ölkədə keçirilən ümumi islahatlar proqramının ayrılmaz bir hissəsi olaraq çox yüksək dəyərləndirmiş və təhsilin ümumi inkişafı, rəqabət mühitinin formalaşması üçün mütərəqqi bir addım kimi qiymətləndirmişdir. O, yeni maliyyələşmə mexanizminin bu ildən yalnız birinci kurs tələbələrinə şamil olunacağını bildirərək, bütövlükdə ali təhsil müəssisələrinin gələn ildən yeni maliyyələşmə mexanizminə keçməsi ilə bağlı problemlərə dair ətraflı məlumat vermiş və universitetlərin rəhbərlərinin diqqətinə çatdırmışdır ki, əslində, adambaşına maliyyələşmə bütün ali məktəblərə maliyyə cəhətdən tam muxtariyyət qazanmaq üçün əlverişli şərait yaradır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev ölkənin inkişaf strategiyasına uyğun olaraq yüksək səviyyəli mütəxəssislərin hazırlığına dair nazirliyin proqnozları barədə məlumat vermişdir. O, növbəti illər üçün belə proqnozların daha mütəşəkkil olacağını qeyd edərək, adambaşına maliyyələşmə mexanizminin bütövlükdə təhsil sisteminin inkişafı üçün təqdirəlayiq hal olduğunu bildirmişdir.

Müşavirədə çıxış edən Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı müxtəlif problemlərə toxunaraq, bütövlükdə yeni maliyyələşmə mexanizminin tətbiqini son dərəcə müsbət bir hal sayaraq əmin olduqlarını bildirmişlər ki, bu, təhsilin keyfiyyətinin artmasına öz təsirini göstərəcəkdir.

Müşavirəyə yekun vuran Ramiz Mehdiyev rektorların diqqətini təhsillə bağlı bir neçə problemə cəlb edərək qeyd etmişdir ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir. Bütün bu problemlər ali məktəblərin fəaliyyətində mövcud olan qüsurlardan xəbər verir. Təhsillə bağlı hər bir insanı belə bir cəhət də narahat edir ki, kadr korpusu sürətlə qocalmaqdadır, onları əvəz etmək üçün Avropa təhsil standartlarını ölkəmizdə bərqərar etməyə qadir olan gənc kadrlar isə kifayət qədər deyildir.

Ramiz Mehdiyevin fikrincə, bütün ali məktəblər Bolonya prosesinə sözdə fəal şəkildə qoşulduqlarını bəyan etsələr də, onların istifadə etdiyi proqramlarda sovet dövründən bu günə qədər çox kiçik dəyişikliklər öz əksini tapmışdır. Məzunların xeyli hissəsi ingilis dilində və informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verən biliklər nümayiş etdirməyə qadir deyillər. Bütün bunlar ali məktəblərdə mövcud olan mənfi hallardan xəbər verir.

Ali Attestasiya Komissiyasının işinin təhlili göstərir ki, elmi dərəcə almaq naminə ali məktəblərdən təqdim olunan dissertasiyaların sayı durmadan artır. Lakin Azərbaycanın təhsil sistemində çalışan alimlərin dünyada böyük nüfuza malik jurnallarda məqalələrinə nadir hallarda təsadüf edilir. Bununla yanaşı, hələ də ali məktəblərdə ictimai elmlərin tədrisi ilə bağlı tələb olunan dönüş yaranmamışdır.

Ramiz Mehdiyev təhsillə bağlı qarşıda duran digər vəzifələrdən də ətraflı bəhs etmişdir.

SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55