26 oktyabr 2017, 14:00

Kifayət Nəftəliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycanın iqtisadi və sosial həyatı son illər durmadan inkişaf edir. Respublikamızın müstəqilliyinin möhkəmləndirilməsi və bugünkü qüdrətli Azərbaycan dövlətinin yaradılması ümummilli lider Heydər Əliyevin siyasətinin nəticəsidir. Bu gün bu strategiya Sizin yüksək idarəçilik bacarığınız, vətənpərvərliyiniz, xalqımıza olan sevginiz sayəsində daha da zənginləşdirilib. Sizin həyata keçirdiyiniz uğurlu siyasət, apardığınız hərtərəfli və dərin islahatlar sayəsində Azərbaycan demokratik bir ölkə kimi beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Siz ölkəmizin inkişafı və tərəqqisi naminə əlinizdən gələni edir, nəhəng infrastruktur layihələrinin reallaşdırılması, insanların həyat səviyyəsinin yüksəldilməsi üçün daim yorulmadan çalışırsınız.

Bu gün ölkəmizin hər yerində olduğu kimi, Binəqədi rayonunda, xüsusilə 8-ci mikrorayon ərazisində də genişmiqyaslı təmir-bərpa işləri aparılır. Yaşadığımız binanın girişləri, dam örtüyü, zirzəmisi yüksək zövqlə təmir edilməkdədir və bu proses biz sakinləri sevindirir.

Biz anaların duaları daim Sizinlədir, möhtərəm cənab Prezident! Bütün bunlara görə Sizə bir daha dərin minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Nəftəliyeva Kifayət Novruz qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.