31 oktyabr 2017, 12:10

Mübariz Cabbarov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Bu günlərdə Tərtər rayonunun Şıxarx qəsəbəsində böyük bir canlanma var. Əkilən ağaclar, çəkilən yollar göz oxşayır, qəsəbəmiz cənnətə çevrilir. Məcburi köçkün ailələri üçün salınan yaşayış məhəlləsində isə son tamamlanma işləri aparılır. Burada məcburi köçkün qardaş və bacılarımız üçün yaşayış evləri, orta ümumtəhsil və musiqi məktəbləri, uşaq bağçası, həkim məntəqəsi və digər sosial infrastruktur obyektləri fəaliyyət göstərəcək.

Ermənilərin Azərbaycana köçürülmələrinin 150 illiyi münasibətilə öz əlləri ilə tikdikləri və ölkəmizə qarşı ərazi iddiaları başlatdıqdan sonra uçurduqları “Marağa-150” abidəsinin yerləşdiyi ərazidə də abadlıq işləri aparılır. Həmin abidənin qalıqları olduğu kimi saxlanılmaqla bərpa edilir.

Tərtərlilər düşmənin bir addımlığında qorxmadan, çəkinmədən qurub yaradırlar. Çünki çətin vaxtlarda hər zaman bizə dayaq olan güvəndiyimiz Prezidentimiz var.

Hörmətli cənab Prezident, tərtərlilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq.

Hörmətlə,

Cabbarov Mübariz

Rüstəmova Atlas

Hacıyev Tofiq

Orucov Tahir

Qasımov Elşən.

Azərbaycan Respublikası, Tərtər rayonu, Şıxarx qəsəbəsi.