31 oktyabr 2017, 17:45

Cümşüd İsmiyevdən, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Təməli 10 il əvvəl qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi uğurla başa çatdırıldı və bu marşrut üzrə ilk qatar yola salındı. Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyan, Avropanı Asiya ilə birləşdirən bu dəmir yolunun istifadəyə verilməsi münasibətilə Sizi, eləcə də Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik. Şübhə etmirik ki, Sizin təşəbbüsünüzlə başladılan digər layihələr də möhkəm iradəniz, qətiyyətiniz sayəsində həyata keçiriləcək.

İnanırıq ki, bu layihələr gələcəkdə doğma Azərbaycanımızın tərəqqisinə, xalqımızın firavan və layiqli həyat sürməsinə gətirib çıxaracaq.

Hörmətli cənab Prezident, bu nəhəng layihənin müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi bir daha kollektivimiz adından təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Sumqayıt şəhər “Lift-servis” Birliyinin kollektivi adından dərin hörmətlə,

 

İsmiyev Cümşüd Rüstəm oğlu, direktor.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.