Gerb

01 noyabr 2017, 17:55

Hörmətli cənab Prezident,

Ölkə Prezidenti seçildikdən sonra Sizin adınız hər bir azərbaycanlı ailəsində hörmət və ehtiramla çəkilir. Yaşadığımız Şirvan şəhərində Sizi milli-mədəni irsimizin qoruyucusu, təhsilin, səhiyyənin himayəçisi, sosial qayğıya ehtiyacı olanların, taleyin ağır zərbəsindən həyatın şirinliyini dadmağa həsrət qalanların dostu, ümid yeri, xilaskarı kimi tanıyırlar. Sizin sayənizdə biz şirvanlılar bir çox nailiyyətlər əldə etmişik.

Son günlər kənd evləri massivində küçələrə, həmçinin 5 nömrəli orta ümumtəhsil məktəbinin ətrafına asfalt örtük çəkilib. Bu, sakinləri çox sevindirir. Bizə bu sevinci bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Respublikamızda, o cümlədən yaşadığımız Şirvan şəhərində keçirilən dövlət tədbirlərində də qəsəbəmizin sakinləri diqqətdən kənarda qalmır. Biz bu qayğıdan çox razıyıq. 

Vətənə, dövlətimizə, ulu öndər Heydər Əliyev ideyalarına və onun layiqli davamçısı kimi Sizə sadiq olan Şirvan şəhərinin sakinləri adından dərin hörmətlə,

Əskərov Azad İsrafil oğlu

Məlikov Baxış Böyükağa oğlu

Ağayeva Aminə Nuri qızı

Sarıyev Asim Rasim oğlu

Məmmədova Arzu Sənan qızı

Nəhmədov Kamran Şərbət oğlu

Əliyev Kamil Lətif oğlu

Eyvazova Ruhiyyə Ələkbər qızı

Hüseynova Aygün Vətən qızı

Yusifova Nəzakət Xalıq qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri.