Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

02 noyabr 2017, 21:10
Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizə göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirdi. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd etdi.

Əməkdaşlığımızın bir çox sahələri – siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələrimizin inkişaf etdiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğuladı, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi.

İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini, eyni zamanda, potensialın daha böyük olduğunu xatırladan Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminliyini ifadə etdi. Bildirdi ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşa bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

İtaliya Senatının sədr müavini Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğuladı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10