“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 381 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

07 noyabr 2017, 20:30

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 mart tarixli 381 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 232) aşağıdakı dəyişikliklər edilsin:

1. Adında (hər iki halda), 1-ci və 2-ci hissələrində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağı haqqında Əsasnamə”nin adında, 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Döyüş Bayrağının təsviri” üzrə:

3.1. adında, birinci hissəsində, dördüncü hissəsinin birinci cümləsində və beşinci hissəsinin birinci cümləsində “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin;

3.2. dördüncü hissəsinin ikinci cümləsində “MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN” sözləri “DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN” sözləri ilə əvəz edilsin;

3.3. Akademiyanın Döyüş Bayrağının şəkilləri yeniləri ilə əvəz edilsin (əlavə olunur).

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2017-ci il.

gallery-photogallery-photo