08 noyabr 2017, 16:30

Rauf Abdullayevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin işçilərinin əmək haqlarının artırılması ilə bağlı Sərəncamınıza görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

İncəsənətə daim qayğı ilə yanaşan müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət siyasətinin uğurlu davamı olaraq milli mədəniyyətimizə göstərdiyiniz diqqət nəticəsində ölkəmiz dünyanın mədəniyyət mərkəzinə çevrilib. Elə son Sərəncamınız da bunun növbəti əyani sübutudur.

Sizin apardığınız məqsədyönlü, yorulmaz fəaliyyətiniz, bütün dünyada əks-səda verən mədəniyyət siyasətiniz nəticəsində ölkənin ən qocaman kollektivlərindən olan Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri layiqli şöhrət taparaq geniş tamaşaçı rəğbəti qazanıb.

Bütün kollektiv adından dərin iftixar və minnətdarlıq hissi ilə bir daha Sizə təşəkkürümü bildirir, möhkəm cansağlığı və müstəqil Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Abdullayev Rauf, Xalq Artisti, professor,

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.