13 noyabr 2017, 16:30

Bəyimxanım Verdiyevadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Həyat yoldaşım Azərbaycan Respublikasının Xalq Artisti tarzən Fikrət Verdiyev hələ Konservatoriyanın tələbəsi olarkən 1969-cu ildə Gəncə şəhərində “Göygöl” ansamblını yaratdı. Sənətə və sənətkara hər zaman yüksək dəyər verən ulu öndərimiz Heydər Əliyev 1977-ci ildə Fikrət Verdiyevin zəhmətini yüksək dəyərləndirərək “Göygöl” ansamblına Dövlət Mahnı və Rəqs Ansamblı statusu verdi və bu ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaratdı. Bu gün Siz Ulu Öndərimizin layiqli davamçısı olaraq Gəncə şəhərində regionda analoqu olmayan möhtəşəm filarmoniya binasını yenidən gəncəlilərə bəxş etdiniz.

Bu münasibətlə dahi muğam ustadı Xan Şuşinskinin qızı kimi şəxsən öz adımdan və bu günlərdə anadan olmasının 70, səhnə fəaliyyətinin 55 illiyi qeyd ediləcək Azərbaycan Respublikasının Xalq Artisti tarzən Fikrət Verdiyev, onun bütün ailə üzvləri adından Sizə dərin hörmət və ehtiramımızı, təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Var olun, yaşayın, yaşadın, cənab Prezident! Allah Sizi qorusun.

Hörmətlə,

Verdiyeva Bəyimxanım İsfəndiyar qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri.