Gerb

17 noyabr 2017, 16:00

Möhtərəm cənab Prezident,

Övladlarımız “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirakdan zəngin təəssüratla qayıtmışlar. Səyahət zamanı onlar ölkəmizin tarixi abidələri, milli adət-ənənələri, habelə son illər ərzində ərsəyə gətirilən memarlıq nümunələri ilə tanış olmuş, geniş məlumat toplamışlar. Övladlarımızın xoş gününü görmək biz valideynləri sevindirir.

Hörmətli cənab Prezident, müstəqil dövlətimizin sürətli inkişafına, övladlarımızın yaxşı təhsil alması üçün yaratdığınız şəraitə, onlara göstərdiyiniz diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Biz valideynlər Sizə və övladlarınıza daim xoş günlər və səadət dolu ömür arzulayırıq.

Hörmətlə,

Həmzəyev Zamiq Şahin oğlu,

Mehralıyev Mehralı Qiyas oğlu,

İsmayılov Rövşən Bəhrəm oğlu,

Zalov Rüstəm Kamran oğlu.

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.