17 noyabr 2017, 16:05

Rəvan Gözəlov və başqalarından, Xocavənd, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin təşəbbüsünüz və tapşırığınız əsasında keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasında iştirakdan çox razı qaldıq. Tur-aksiya zamanı Azərbaycanımızın bölgələrinin sürətli inkişafının əyani şahidi olduq. Ən gözəl, səfalı rayonlarımızdan olan Qəbələ, Şəki və Zaqatalanın tarixi, mədəniyyəti ilə tanışlıq çox maraqlı məlumatlara yiyələnməyimizə şərait yaratdı. Doğma Vətənimiz haqqında təsəvvürümüz genişləndi.

Əziz Prezidentimiz, biz şagirdlərə yaratdığınız şəraitə, göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

 

Gözəlov Rəvan Bakir oğlu,

İbrahimov Nurlan Taleh oğlu,

Quliyev Ələmdar Bayram oğlu,

Quliyeva Sənəm Səfər qızı.

Azərbaycan Respublikası, Xocavənd rayonu