20 noyabr 2017, 12:00

Elnur İmanov və başqalarından, Xocavənd, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Xocavənd məktəbliləri Sizin tapşırığınızla “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın iştirakçısı olduq. Azərbaycanın qədim tarixi yerlərinə ekskursiyada iştirak etdiyimizə görə çox sevinirik. Azərbaycanı gənc vətəndaşlara tanıtmaq və sevdirmək Sizin gənclərə olan həssas münasibətinizin, diqqət və qayğınızın çox gözəl nümunəsidir.

Əziz Prezidentimiz, biz inanırıq ki, işğal altındakı ərazilərimiz Sizin uğurlu siyasətiniz nəticəsində düşmən tapdağından azad olunacaq və biz məcburi köçkünlər respublikamızın bütün bölgələrindən gələn gəncləri Dağlıq Qarabağda qarşılayacaq, onları Qarabağın zəngin tarixi abidələri, ecazkar təbiəti ilə tanış edəcəyik.

Hörmətlə,

İmanov Elnur Nəbi oğlu

Şirinov Adil Saleh oğlu

Kərimov Xəyal Elmidar oğlu

Qarazadə Təranə Rafət qızı.

Azərbaycan Respublikası, Xocavənd rayonu.