Gerb

23 noyabr 2017, 16:50

Hörmətli cənab Prezident,

Gündən-günə çiçəklənən, müasirləşən Azərbaycanımızın hər bir bölgəsində müasir tipli məktəblər, təhsil ocaqları fəaliyyət göstərir. Əlbəttə, bunlar hamısı Sizin təhsilə göstərdiyiniz diqqət və qayğınızın bariz nümunələridir. Təhsilimizə göstərdiyiniz bu cür diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirirəm.

Bir neçə gün əvvəl Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı oldum. Səfər zamanı ölkəmizdəki inkişafın respublikamızın bütün bölgələrini əhatə etdiyini gördüm. Qəbələ, Şəki və Zaqatala rayonlarına səfərimiz, buradakı tarixi abidələrimizlə yaxından tanışlığımız ölkəmizlə bağlı biliklərimizin genişlənməsi üçün böyük təkan oldu.

Cənab Prezident, ölkəmizi daha yaxından tanımaq və öyrənmək üçün bizə yaratdığınız bu şəraitə görə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyanın bütün iştirakçıları adından Sizə dərin minnətdarlığımı bildirirəm. Biz inanırıq ki, Sizin məqsədyönlü fəaliyyətiniz nəticəsində bu cür tur-aksiyalar tezliklə Azərbaycanın dilbər guşələri olan Şuşaya, Laçına, Xankəndiyə təşkil olunacaq.

Hörmətlə,

İsayev Cavid.

Azərbaycan Respublikası, Zərdab rayonu, İsaqbağı kəndi.