24 noyabr 2017, 13:20

Gültər Umudludan, Xocavənd, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən Sizin tapşırığınızla həyata keçirilən “Ölkəmizi tanıyaq” adlı tur-aksiyanın iştirakçısı oldum. Qəbələ, Şəki və Zaqatalanın qədim tarixi yerləri, yenilikləri ilə tanışlıqdan çox dəyərli məlumatlar əldə etdim. Qədim Qəbələ, Şəki Xan sarayı, Diyarşünaslıq muzeylərini gəzdim, həmçinin Ulu Öndərin fəaliyyətini əks etdirən Heydər Əliyev Muzeyində çox qiymətli eksponatlarla və tarixi nümunələrlə tanış oldum. Mən fəxr etdim ki, gündən-günə gözəlləşən Azərbaycanın vətəndaşıyam.

Möhtərəm Prezident, biz gənclərə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Umudlu Gültər Vüqar qızı. 

Azərbaycan Respublikası, Xocavənd rayonu.