28 noyabr 2017, 18:40

Sadıq Sadıqlıdan, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Təhsildə fərqləndiyim üçün məni “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsinə göndərəcəklərini deyəndə yaşadığım hissləri və xoşbəxtliyi ifadə etməkdə çətinlik çəkirəm.

Bu, mənə göstərilən böyük etimad idi. Tur-aksiya müddətində gəzdiyimiz yerlər, müşahidə etdiyimiz maraqlı hadisələr yaddaşımda silinməz izlər buraxdı. Biz xoşbəxtik ki, Sizin kimi Prezidentimiz var.

Əziz Prezidentimiz, bizim üçün yaratdığınız bu imkana görə həm öz adımdan, həm məktəbimizin kollektivi, həm də valideynlərimin adından Sizə dərin təşəkkürümü bildirirəm.

Hörmətlə,

Sadıqlı Sadıq Telman oğlu,

Zəngilan rayon 22 nömrəli orta məktəbin şagirdi.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.