30 noyabr 2017, 16:20

Bahar Səmədovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz noyabrın 16-19-da “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində Gəncə şəhərində və Şəmkir rayonunda üçgünlük gəzintidə olduq. Bu müddətdə həmin bölgənin tarixi və mədəni abidələri ilə tanışlıq bizim dünyagörüşümüzün, intellektual səviyyəmizin və biliklərimizin artmasında böyük rol oynadı.

Əziz Prezidentimiz, təhsil sahəsinə, o cümlədən məktəblilərə göstərdiyiniz diqqət və qayğıya görə şəxsən öz adımdan və məktəbimizin bütün kollektivi adından Sizə dərin təşəkkürümüzü bildirir, Uca Tanrıdan uzun ömür, möhkəm cansağlığı diləyirəm.

Hörmətlə,

Səmədova Bahar Zaur qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.