05 dekabr 2017, 12:55

Kamal Verdiyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Yaşadığımız Suraxanı rayonunun Hövsan qəsəbəsində abadlıq işlərinin görülməsi, səkilərin səliqə-sahmana salınması, yollara asfalt örtüyün çəkilməsi, məhəllələrdə sakinlər üçün oturacaqların quraşdırılması təqdirəlayiqdir. Həmçinin şəhidlərimizin xatirəsinə yaradılan parkda onların adlarını əbədiləşdirən yeni mərmər lövhə vurulub, yaşıllıqlar salınıb, müxtəlif növ ağaclar əkilib. Əlbəttə, bu işlər Sizin hər bir azərbaycanlıya və bölgələrimizə olan diqqət və qayğınızın nəticəsində həyata keçirilib. Bütün bunlar bizi sevindirir, övladlarımızın gələcəyinin daha parlaq olacağına əminlik yaradır.

Əziz Prezidentimiz, sakinlər üçün belə gözəl şəraitin yaradılmasına görə Sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, qəsəbəmiz Sizin diqqətiniz sayəsində daha da inkişaf edəcək.

Hörmətlə,

Verdiyev Kamal Calal oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.