05 dekabr 2017, 13:15

Vüqar Çobanovdan, Salyan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən bir valideyn olaraq şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımızı bildirirəm.

Bu il “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada mənim də övladım iştirak edib. O, bir qrup şagird ilə birlikdə Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi, mədəniyyəti, adət-ənənəsi və təbiəti ilə yaxından tanış olublar. Hər bir uşağın vətənpərvər ruhda böyüməsi üçün əvvəlcə öz ölkəsini tanıması lazımdır. Övladlarımız məhz bu tur-aksiya sayəsində yurdumuzu qarış-qarış gəzir, hər şeyi öz gözləri ilə görür və ölkələrinin tarixi-mədəni abidələrindən, sosial və iqtisadi inkişafından fəxrlə, ağızdolusu danışırlar.

Əziz Prezidentimiz, övladlarımızın Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq vətəndaş kimi yetişmələri üçün yaratdığınız şəraitə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Çobanov Vüqar Əliniyaz oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu, Qardili kəndi.