06 dekabr 2017, 16:00

Nailə Çobanova və Aytac Xanəliyevadan, Salyan, Azərbaycan

Hörmətli Prezidentimiz,

Bu yaxınlarda biz Sizin tapşırığınızla təşkil olunmuş ”Ölkəmizi tanıyaq” layihəsinin iştirakçısı olduq. Bu layihənin köməyi ilə Vətənimizin gözəl guşələrini - Gəncə şəhərini, Göygöl və Şəmkir rayonlarını gəzdik, tarixi abidələrimizlə tanış olduq. Bu tanışlıq bizim intellektual səviyyəmizin və dünyagörüşümüzün inkişafına səbəb oldu. Sevincimizin həddi hüdudu yoxdur.

Cənab Pezident, bizim üçün belə bir şərait yaratdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Çobanova Nailə Vüqar qızı

Xanəliyeva Aytac Məcid qızı.

Azərbaycan Respublikası, Salyan rayonu, Qardili kəndi.