07 dekabr 2017, 15:10

Aytac Abbasovadan, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə 2013-cü ildən məktəblilər üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur–aksiya çərçivəsində Gəncə şəhərinə, Göygöl və Şəmkir rayonlarına səfər etdik, bu bölgələrin sosial-iqtisadi və mədəni həyatı ilə tanış olduq. Müasir sənaye müəssisələri, turizm və sosial obyektlər, prospekt və xiyabanlar bizdə qürur hissi doğurdu. Bu böyük inkişafla bərabər, şəhərlərin tarixi məkanlarına, xüsusən Cavad xan və Nizami Gəncəvi məqbərələrinə, Cümə və Şah Abbas məscidlərinə və s. yerlərə səyahətlərimiz çox yaddaqalan oldu. Bu səyahətlər bizə tariximiz və təbiət incilərimiz haqqında zəngin məlumat toplamağa imkan verdi.

 Cənab Prezidentimiz, bu xeyirxah işlərinizə, biz məktəblilərə olan diqqət və qayğınıza, ölkəmizin inkişafı naminə fəaliyyətinizə və beynəlxalq məqsədyönlü siyasətinizə görə Sizə şəxsən öz adımdan, valideynlərim və müəllimlərim adından təşəkkürümüzü bildirirəm. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Abbasova Aytac Dadaş qızı.

Azərbaycan Respublikası, Salyan rayonu.