13 dekabr 2017, 16:40

Asəf Süleymanovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycanda əhalinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. 2003-cü ildən etibarən ölkəmizdə milli inkişafın zamanın çağırışlarına uyğun yeni mərhələsi başlandı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz məqsədyönlü iqtisadi siyasət Azərbaycanın sosial-iqtisadi inkişafının təmin olunmasına, əhalinin sosial müdafiəsi sahəsində nailiyyətlərin əldə edilməsinə gətirib çıxardı.

Sizin təkcə Azərbaycan naminə deyil, türk və müsəlman dünyası üçün xidmətlərinizi göz önündə canlandıran zaman görürük ki, Siz türk və müsəlman dünyasının liderlərindən birisiniz. Sizin müdrikliyə əsaslanan məqsədyönlü fəaliyyətiniz sayəsində bu gün Azərbaycan böyük potensiala malik, dinamik inkişaf edən dövlətə çevrilib. 

Möhtərəm cənab Prezident, Sizin uğurlu siyasətiniz sayəsində çoxlu sayda yeni istehsal müəssisələri istifadəyə verilir, yeni iş yerləri açılır, ölkəmiz inkişaf edir və ildən-ilə gözəlləşir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür arzulayıram.

Hörmətlə,

Süleymanov Asəf.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.