15 dekabr 2017, 15:20

Validə Həmidova və başqalarından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının bütün regionları kimi, İsmayıllı da durmadan inkişaf edir. Rayonda geniş abadlıq-quruculuq işləri aparılır, yeni iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşır. Son illərdə görülən işlər rayon sakinlərinin rahat yaşamasına, mövcud problemlərin aradan qaldırılmasına səbəb olub. Biz – İsmayıllı şəhərinin Heydər Əliyev prospektində və Həsən Bəy Zərdabi küçəsində yaşayan sakinlər son günlər sevinc içindəyik. Yaşadığımız binaların su və kanalizasiya xətti yeni qurulan mərkəzi sistemə birləşdirilib.

Möhtərəm cənab Prezident, Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə Sizə uğurlar arzulayırıq. Biz ismayıllılar həmişə Sizin arxanızdayıq.

Hörmətlə,

Həmidova Validə

Matanov Təyyar

Əliyeva Aidə

Allahverdiyeva Fəridə

Mirzəzadə Məzahir

Orucov Xatir və başqaları

Azərbaycan Respublikası, İsmayıllı şəhəri.