15 dekabr 2017, 15:40

Peşman Əzizovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin təşəbbüsünüzlə ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafı istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu, bizi çox sevindirir.

Mən də bir kənd adamı olaraq çəltikçiliklə məşğulam. Cari mövsümdə 12,5 hektar sahədə çəltik yetişdirmişəm və hər hektardan 40,2 sentner məhsul götürmüşəm. Çəltikçiliyin inkişaf etdirilməsi üçün dövlət dəstəyindən yararlanaraq gələn il əkin sahəmi daha da artıracağam.

Hörmətli cənab Prezident, kənd əhalisinin firavan yaşaması üçün yaratdığınız bu gözəl şəraitə görə Sizə minnətdarıq. Çox sağ olun.

Hörmətlə,

Əzizov Peşman Muratxan oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Burunlu kəndi.