02 iyul 2011, 19:10

Hiroşi Haradan, Naqareyama şəhəri, Yaponiya

Hörmətli Prezident, zati-aliləri cənab İlham Əliyev,

İcazənizlə təşəkkür məktubumu şəxsən Sizə ünvanlayıram. Mən Yaponiya vətəndaşıyam və Azərbaycan hökumətinin və xalqının Yaponiyada baş verən zəlzələnin qurbanlarına göstərdiyi səmimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Mənim qızım dəhşətli zəlzələnin baş verdiyi ərazinin mərkəzində yerləşən Sendai şəhərində yaşayır və bu zəlzələnin qurbanlarından biridir. Buna baxmayaraq, o, həyat yoldaşı və beş aylıq körpəsi ilə birgə sağ-salamatdır. Onlar bu çətinliklərin öhdəsindən gəlməyə çalışırlar. Öz adımdan və bütün yaponiyalılar adından Azərbaycan xalqına və Azərbaycan Respublikasına təşəkkürümü bildirirəm!

Azərbaycan xalqı və Azərbaycan Respublikası,

Sağ olun! Sağ olun! Çox sağ olun! (Azərbaycan dilində) Çox sağ olun!

Əfsuslar olsun ki, bu hadisədən əvvəl Azərbaycan Respublikası ilə tanış deyildim. Məktubu yazmamışdan əvvəl Azərbaycan haqqında internetdən məlumat əldə etməyə çalışdım. Belə qənaətə gəldim ki, Azərbaycan çox gözəl bir ölkədir. Sizin çox gözəl dünya irsiniz var: Şirvanşahlar sarayının və Qız qalasının yerləşdiyi İçərişəhər, Qobustan Dövlət Tarix və Bədii Qoruğu - onlar çox gözəldir. Sizin, həmçinin çox gözəl musiqiniz var. Mən Sizin dadlı mətbəx nümunələriniz haqqında da məlumat əldə etdim.

Bir yaponiyalı olaraq, zədələnmiş nüvə reaktorlarının bütün dünyada insanların narahatlığına səbəb olmasından təəssüflənirəm. Ümid edirəm ki, tez bir zamanda çətinliklərin öhdəsindən gələcəyik.

Cənab Prezident, Sizə, hökumətinizə və Azərbaycan xalqına dərin minnətdarlığımı və ehtiramımı bildirmək istəyirəm.

Ən xoş arzularla,

Hiroşi Hara,
Yaponiyanın Çiba prefektoriyası, Naqareyama şəhəri.