18 dekabr 2017, 15:40

Rizvan Əzimov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz Tərtər rayonunun təmas xəttində yerləşən Qaraağacı kəndində yaşayırıq. Sizin bu il martın 17-də imzaladığınız Sərəncamınıza əsasən kənd əhalisinin içməli suya olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə Tərtər rayonunun 10 kəndinə, o cümlədən bizim kəndə su xətti çəkildi. Həmin kəndlərdə 12 bulaq tikilib əhalinin istifadəsinə verildi. Artıq içməli su sarıdan heç bir problemimiz yoxdur.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin sakinləri adından Sizə minnətdarlığımızı bildiririk. Tanrı Sizi qorusun.

Hörmətlə,

Əzimov Rizvan

Qəniyev Kəmaləddin

İsmayılov Elçin

Nemət Əhmədov və başqaları.

Azərbaycan Respublikası, Tərtər rayonu, Qaraağacı kəndi.