18 dekabr 2017, 15:50

Mirsəid Sultanovdan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin diplomatik uğurlarınız mənim kimi milyonlarla azərbaycanlını sevindirir. Sizin xarici ölkələrə səfərlərinizi izləyir və Sizinlə fəxr edirik. Ona görə fəxr edirik ki, Siz Azərbaycanı – doğma ölkəmizi çox uğurla təmsil edir, onun beynəlxalq nüfuzunu durmadan yüksəldirsiniz.

Möhtərəm cənab Prezident, bütün bunlar bir tərəfdən yüksək intellektdən və müdriklikdən irəli gəlirsə, digər tərəfdən Vətənə olan sevginin nəticəsidir. Tam əminik ki, biz Sizin rəhbərliyiniz ilə düşmənlərimiz üzərində tezliklə qələbə əldə edəcək və Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olacağıq. Xalqımızla Prezidentimiz arasında olan birliyin qarşısında heç bir qüvvə dayana bilməz. Azərbaycanın vətənpərvər insanları hər zaman Sizinlədir.

Hörmətlə,

Sultanov Mirsəid Əzizxan oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu.