18 dekabr 2017, 16:00

Namiq Mirzəyevdən, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Böyük sevinc hissi ilə bildirmək istəyirəm ki, Sumqayıtın siması gündən-günə yenilənir, əhalinin həyat səviyyəsi yüksəlir. Şəhərimizdə iqtisadi, sosial, mədəni və digər sahələrdə müsbət dəyişikliklər baş verir. Sizin yorulmaz əməyiniz sayəsində Sumqayıt bütün sahələrdə uğurlar qazanır.

Hörmətli cənab Prezident, bizə göstərdiyiniz bu əvəzolunmaz diqqətə görə Sizə minnətdarlığımızı bildirir, daha böyük uğurlar, möhkəm cansağlığı arzulayırıq. Biz Sizin ölkəmizin inkişafı naminə apardığınız bütün işlərinizi dəstəkləyirik.

Hörmətlə,

Mirzəyev Namiq Baloğlan oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.