18 dekabr 2017, 16:25

İsrayıl Abbasovdan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident,

İki ildir ki, Sizin təşəbbüsünüzlə baramaçılığın inkişafı istiqamətində ciddi tədbirlər görülür. Məhv olmuş tut bağlarının yerində yeni bağlar salınır və dövlət tərəfindən əhaliyə pulsuz verilən tut tingləri əkilir. Yeni barama qəbulu məntəqələrinin tikilməsinə hazırlıq işləri gedir. Bütün bunlar bizdə çox yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, bizi daha yaxşı işləməyə ruhlandırır.

Mən keçən il 500 ədəd tut tingi əkmişəm. Ağaclar yaxşı inkişaf edir. Bu il 260 kiloqramdan çox barama tədarük etmişəm. Hazırda gələn il üçün hazırlıq işləri görürəm.

Cənab Prezident, kənd əhalisinin firavan yaşaması üçün yaratdığınız şəraitə görə Sizə minnətdarıq. Çox sağ olun.

Hörmətlə,

Abbasov İsrayıl İsmayıl oğlu.

Azərbaycan Respublikası, Zərdab rayonu, Məlikli kəndi.