19 dekabr 2017, 15:00

Pəri Vəliyevadan, Sumqayıt, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatının sürətli inkişafı Sizin məqsədyönlü siyasətinizin nəticəsidir.

Sizin yorulmaz fəaliyyətiniz və Sumqayıta olan diqqətiniz sayəsində şəhərimizin sosial-iqtisadi inkişafı daha da sürətlənir. Əminik ki, Sizin şəhərimizə səfəriniz zamanı açılışını etdiyiniz kimya sənaye parkı, boruyayma zavodu və digər yeni müəssisələr minlərlə gəncin işlə təmin olunması ilə nəticələnəcək.

Hörmətli cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sumqayıt Gənclər Evinin kollektivi adından Sizə səmimi minnətdarlığımızı bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.

Hörmətlə,

Vəliyeva Pəri Mayıl qızı,

Sumqayıt Gənclər Evinin direktoru.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.