Gerb

20 dekabr 2017, 14:00

Hörmətli cənab Prezident,

Sizin Sumqayıta növbəti səfəriniz, şəhərimizə olan xüsusi qayğınız biz mədəniyyət işçilərində ruh yüksəkliyi yaratdı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi Sizin siyasətdə, mədəniyyətin, iqtisadiyyatın sürətli inkişafında atdığınız uğurlu addımlarınızı, şəhərimizdə aparılan abadlıq-quruculuq işlərində əvəzolunmaz xidmətlərinizi alqışlayırıq.

İnanırıq ki, qüdrətli Azərbaycanımızın hər sahədə daha da çiçəklənməsi naminə həmişə olduğu kimi, indi də, gələcəkdə də səylə çalışacaq, yeni uğurlara imza atacaqsınız.

Hörmətlə,

Həsənova Şəfa Tofiq qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.