20 dekabr 2017, 14:15

Əkbər Məmmədovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Dekabrın 15-də Sumqayıta növbəti səfərinizə, şəhərimizdə yeni istehsalat müəssisələrinin və sosial obyektlərin açılışında iştirak etdiyinizə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

Əsaslı təmir edilən və yeni istifadəyə verilən Lüdviqşafen parkı mənim yaşadığım binanın qarşısında yerləşir. Mən hər gün nəvələrimlə bu parkda gəzirəm. Bizim üçün belə gözəl şərait yaratdığınıza görə Sizə möhkəm cansağlığı arzulayıram.

Siyasətini uğurla davam etdirdiyiniz ulu öndər Heydər Əliyevə Allah qəni-qəni rəhmət eləsin.

Hörmətlə,

Məmmədov Əkbər Comərd oğlu, Əməkdar Müəllim.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.