20 dekabr 2017, 14:20

Çingiz İbrahimovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident,

Sahibkar kimi mənə əsassız vergi cəriməsinin yazılması ilə əlaqədar Sizə müraciət etmişdim. Sizin göstərişinizlə müraciətimə operativ və ədalətli şəkildə baxıldı. Aidiyyəti dövlət orqanı yaranmış problemə aydınlıq gətirdi və narahatlıq doğuran məsələnin həll olunması üçün addımlar atıldı. Hazırda problemlərim həll olunub.

Möhtərəm cənab Prezident, müraciətimə diqqətlə yanaşılmasından və problemlərimin həll olunmasından çox razı qaldım. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, mən və ailəm Sizin daxili və xarici siyasətinizi, sahibkarlığın inkişafına verdiyiniz yüksək dövlət dəstəyini, həmçinin ölkəmizin birinci xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara və imkansız ailələrə olan qayğısını daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik.

Hörmətlə,

İbrahimov Çingiz Muxtar oğlu.

Azərbaycan Respublikası, Yevlax rayonu.