18:53
İlham Əliyev Misir diyarının müftisini qəbul edib
21 dekabr 2017, 14:10Prezident İlham Əliyev Misir diyarının müftisi Şövqi İbrahim Allam ilə görüşüb.
Prezident İlham Əliyev Azərbaycan ilə Misir arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Misirin konfransda yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu konfransın İslam həmrəyliyinin gücləndirilməsinə böyük töhfə olduğunu deyən dövlətimizin başçısı dini rəhbərlərin bir yerdə olmasının mühüm əhəmiyyət daşıdığını dedi, böyük tərkibli nümayəndə heyətlərinin bu konfransda iştirakını İslam həmrəyliyinin göstəricisi kimi dəyərləndirdi.
Misir diyarının müftisi Şövqi İbrahim Allam Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi və qeyd etdi ki, bütün bunlar ölkə rəhbərinin müdrik siyasəti nəticəsində əldə olunub. Bakıda keçirilən “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətinə toxunan Şövqi İbrahim Allam bunun müxtəlif dinlərin və sivilizasiyaların bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyini vurğuladı.
18:53
17:49
13:39
13:23
13:06
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:0613:04
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...
24 aprel 2024, 13:0413:02
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının...
24 aprel 2024, 13:0213:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində uzunmüddətli...
24 aprel 2024, 13:0012:25
11:44
11:33
14:08