21 dekabr 2017, 19:20

Vüsalə Məhərrəmovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Binəqədi şosesində yenidənqurma işlərinin həyata keçirilməsinə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Bu yoldan daimi istifadə edən bir vətəndaş kimi deyə bilərəm ki, əvvəllər biz çox əziyyət çəkirdik. Xüsusilə işə gedib-gəldiyimiz vaxtlarda xeyli yubanmalar olurdu. Sizin sayənizdə artıq rahatlığımız təmin edilib və avtomobillərin maneəsiz hərəkəti üçün gözəl şərait yaradılıb.

Əziz və dəyərli Prezidentimiz, Allah Sizi başımızın üzərindən heç vaxt əskik etməsin. İşləriniz hər zaman avand, həyatınız firavan olsun.

Hörmətlə,

Məhərrəmova Vüsalə Rüstəm qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.