21 dekabr 2017, 19:30

Elmar Xəlilov və başqalarından, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin Sumqayıt şəhərinə səfərinizi, istehsalat müəssisələrinin və ictimai-sosial obyektlərin açılışında iştirakınızı çox müsbət qiymətləndiririk.

Xalqa olan bu yaxınlıq ulu öndər Heydər Əliyev yoluna sarsılmaz sədaqətdən xəbər verir. Respublikamızda, o cümlədən Sumqayıt şəhərində əldə olunmuş inkişaf göstəriciləri bizi sevindirir və Sizin ətrafınızda daha da sıx birləşməyə əsaslar yaradır.

Əziz Prezidentimiz, Sumqayıtın inkişafına və sumqayıtlılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Xəlilov Elmar Şirinbala oğlu

İbayev Nemət Alış oğlu

Həsənova Ellada Bayraməli qızı

Məmmədova Həqiqət Səməd qızı

Hümbətov Rəşid Hümbət oğlu

Süleymanov Niyaz Mustafa oğlu

Cavadova Sevinc Qəzənfər qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.