23 dekabr 2017, 15:30

Hacıağa Nəsirov və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Yaşadığımız Uzuntəpə kəndini Cəlilabad şəhəri ilə birləşdirən avtomobil yolu gediş-gəliş üçün yararsız vəziyyətdə idi. Təxminən 10 dəqiqəlik yolu 40-45 dəqiqəyə qət edirdik ki, bu da əlavə vaxt itkisinə səbəb olurdu. Sizin diqqət və qayğınız nəticəsində həmin yol müasir formada yenidən qurularaq istifadəyə verildi. İndi sakinlərimizin sevincinin həddi-hüdudu yoxdur.

Möhtərəm cənab Prezident, Siz kəndimizə yeni həyat verdiniz. Bu xeyirxah işə görə Sizə dərin minnətdarlığımızı bildirir, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Allah Sizi qorusun. 

Hörmətlə,

Nəsirov Hacıağa

Mirzəyev Abdulla

Babayev Adil

Məmmədov Həsənbala

Heydərov Adil

Heydərov İbrahim və başqaları.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Uzuntəpə kəndi.