23 dekabr 2017, 16:00

Əli Əmirovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz sumqayıtlılar minnətdarıq ki, Siz şəhərimizin inkişafına xüsusi diqqət və qayğı göstərirsiniz. Sevinirik ki, Sumqayıtı Cənubi Qafqazın ən qabaqcıl sənaye mərkəzinə çevirmək məqsədinizə artıq nail olmusunuz. Sumqayıta hər səfərinizdə yeni sənaye müəssisələrinin, sosial və mədəni obyektlərin açılışı Sizin rəhbərliyiniz altında şəhərimizin uğurlu inkişafının və xoşbəxt gələcəyinin göstəricisidir. 

Siz Sumqayıtın inkişafında xidmətləri olan insanların əməyini yüksək qiymətləndirərək, onlara fəxri adlar verib və təltif etmisiniz. Təltif olunanların sırasında olduğuma görə rəhbərlik etdiyim “Neftqazavtomat” elm kollektivi adından və şəxsən öz adımdan Sizə dərin minnətdarlığımızı bildirir, möhkəm cansağlığı və dövlətimizin inkişafı üçün gördüyünüz möhtəşəm işlərdə yeni-yeni uğurlar arzulayıram. 

Dərin hörmətlə,

Əmirov Əli.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.