İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

25 dekabr 2017, 11:15
İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maksim Oreşkin Prezident İlham Əliyevə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını və ən xoş arzularının çatdırdı. Qonaq dövlətimizin başçısını ad günü münasibətlə təbrik edərək ona Azərbaycan xalqının rifahı naminə fəaliyyətində uğurlar arzuladı. Rusiyalı nazir Bakıda gedən inkişaf proseslərinin onlarda çox xoş təəssürat yaratdığını dedi.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə salamlarını və ən xoş arzularını çatdırmağı xahiş edən dövlətimizin başçısı dünən Rusiya Prezidenti ilə telefon danışığını məmnunluqla xatırladı.

Prezident İlham Əliyev Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini qeyd etdi, Rusiyaya Azərbaycan ixracatının artmasından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Maksim Oreşkinin səfərinin ölkələrimizin ixrac və idxal imkanlarının genişlənməsi məsələsinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını dedi.

Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının 60 faiz artığını məmnunluqla qeyd etdi. Hələ sovetlər vaxtından Rusiya istehlakçılarının Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları aldığını deyən Maksim Oreşkin, bu artımın rusiyalılar tərəfindən yaxşı xəbər kimi qəbul edildiyini vurğuladı. O, Rusiya tərəfinin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul etdiyini bildirdi.

Prezident İlham Əliyev bununla bağlı minnətdarlığını ifadə etdi.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin hər iki ölkə üçün əhəmiyyəti vurğulandı, ölkələrimizin ticarət əlaqələrində dinamik artımın olduğu qeyd edildi, qarşılıqlı investisiya, turizm, tranzit daşımaları sahəsində əməkdaşlıq imkanları müzakirə olundu.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10