Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımdan

25 dekabr 2017, 16:36

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Doğum günüm münasibətilə göndərdiyiniz səmimi təbrikə görə təşəkkür edirəm. Mən də Sizin doğum gününüzü, eləcə də Zati-alinizin və xanım Mehriban Əliyevanın Yeni ilini öz adımdan, həyat yoldaşım və hökumətim adından ürəkdən gələn arzularımla təbrik edirəm.

Uzaqgörən liderliyinizlə Azərbaycanın əldə etdiyi nailiyyətləri görmək bizi çox sevindirir. Azərbaycanın regionda sözü eşidilən, nüfuzlu ölkə olmasına verdiyiniz töhfələr tarixə qızıl hərflərlə yazılacaq.

Bu müddətdə əlaqələrimiz də geniş şəkildə inkişaf edib. İstər yüksək səviyyəli səfərlər, istərsə də təsis etdiyimiz üçtərəfli mexanizmlər sayəsində bu gün əlaqələrimiz əvvəllər olmadığı qədər güclüdür. Əməkdaşlığımızın səviyyəsi ölkəmiz üçün qürur mənbəyi olmaqda davam edəcək. Bir neçə gün əvvəl Naxçıvana etdiyimiz səfərlə Azərbaycan ilə bu yaxın əlaqələrə və əməkdaşlığa bir daha əmin olmaq imkanı əldə etdim. Ölkələrimiz arasındakı hazırkı yüksək səviyyəli əməkdaşlığın 2018-ci ildə də xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq daha da inkişaf etdiriləcəyinə inamım sonsuzdur.

Cənab Prezident, bu münasibətlə Zati-alinizə cansağlığı, qardaş Azərbaycan xalqının rifahı və səadəti üçün ən xoş arzularımı bildirirəm.

Hörmətlə,

 

Binəli Yıldırım

Türkiyə Respublikasının Baş naziri

SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04