21 dekabr 2017, 18:00

Səidə Cəfərova və başqalarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sumqayıt şəhərinə göstərdiyiniz böyük diqqət və qayğı biz çox sevindirir. Əvvəllər biz dünyanın inkişaf etmiş ölkələrinin şəhərlərini görəndə oranın sakinlərinə paxıllıq edirdik. İndi isə bizim Sumqayıtın özü dünyanın bir çox ölkəsinə nümunə göstərilə bilər. Burada əsl xariqələr yaradılıb.

Hörmətli cənab Prezident, bütün bu işlər Sizin rəhbərliyiniz altında görülür. Biz sumqayıtlılar olaraq şəhərimizin inkişafı və abadlaşdırılması üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə çox təşəkkür edirik. Allah Sizi qorusun.

Hörmətlə,

 

Cəfərova Səidə Yunis qızı

İbrahimova Şəfəq Mövsüm qızı

Abasquliyeva Bahar Qənimət qızı

Abbasova Sevinc Hüseyn qızı

Qəribova Xalidə Eyyub qızı

Aslanova Kəmalə Kamil qızı.

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.