29 dekabr 2017, 14:00

Sultan Səmədovdan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ulu öndər Heydər Əliyevin siyasi irsinə əsaslanan müdrik siyasətiniz nəticəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da güclənməsi ölkə vətəndaşlarına, eləcə də Masallı rayonunun sakinlərinə sonsuz fəxr hissi yaşadır.

Respublikamızın hər bir regionunda abadlıq-quruculuq işlərinin aparılması, sahibkarlığın inkişaf etdirilməsi ölkəmizin gündən-günə inkişafında və dövlətimizin qüdrətlənməsində mühüm rol oynayır.

Hörmətli cənab Prezident, respublikamızda hər bir sahəyə göstərdiyiniz diqqətə görə şəxsən öz adımdan və ailə üzvlərim adından Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Ulu Tanrı dövlətçilik yolunda yorulmaz fəaliyyətinizdə həmişə köməyiniz olsun.

Hörmətlə,

 

Səmədov Sultan Şaban oğlu.

Azərbaycan Respublikası, Masallı rayonu, Şıxlar kəndi.